Venesuelada zəlzələlərdə ölənlərin sayı 3 685-ə çatdı | 1news.az | Xəbərlər
Dünya

Venesuelada zəlzələlərdə ölənlərin sayı 3 685-ə çatdı

Oksana Orucova09:25 - Bu gün
Venesuelada zəlzələlərdə ölənlərin sayı 3 685-ə çatdı

Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələ nəticəsində həlak olanların sayı 3 685 nəfərə, yaralananların sayı isə 16 740 nəfərə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Milli Assambleyanın sədri Xorxe Rodriqes bildirib ki, evsiz qalanlar üçün 87 müvəqqəti sığınacaq yaradılıb, zərərçəkənlərə 9 603 tondan çox ərzaq yardımı çatdırılıb.

Hazırda ən çox zərər görən La Quayra ştatında axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər