Çinin şimal-qərbində baş verən torpaq sürüşməsində 21 nəfər ölüb
Çinin Qansu əyalətinin Longnan şəhərinin Nanhe bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) məlumatına görə, torpaq altında qalan 33 nəfərdən 21-i həyatını itirib, 7 nəfər yüngül xəsarət alıb, 5 nəfər isə xilas edilib.
Səlahiyyətli qurumlar axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını bildiriblər.
Qeyd edək ki, təbii fəlakətdən zərər çəkən kənd sakinləri təhlükəsiz ərazilərə təxliyə olunublar.
69












