İspaniya Trampın təhdidlərinə cavab verdi: ABŞ ilə əlaqələr möhkəmdir | 1news.az | Xəbərlər
Dünya

İspaniya Trampın təhdidlərinə cavab verdi: ABŞ ilə əlaqələr möhkəmdir

Oksana Orucova15:50 - Bu gün
İspaniya Trampın təhdidlərinə cavab verdi: ABŞ ilə əlaqələr möhkəmdir

İspaniya hökuməti ABŞ Prezidenti Donald Trampın ölkə ilə ticarət və digər əlaqələrin dayandırılması barədə açıqlamalarından sonra gərginliyi azaltmağa yönəlmiş mövqe nümayiş etdirib.

1news.az İspaniyanın rəsmi EFE agentliyinə istinadən xəbər verir ki, hökumət Trampın bəyanatlarını sakit qarşılayıb. Rəsmi Madrid bildirib ki, ABŞ ilə İspaniya arasında sosial, mədəni və iqtisadi sahələrdə güclü əlaqələr mövcuddur.

Hökumət nümayəndələri, həmçinin vurğulayıblar ki, Avropa İttifaqı vahid ticarət məkanıdır və onun heç bir üzv dövləti ayrıca hədəfə alına bilməz.

NATO-nun Ankarada keçirilən sammitində iştirak edən İspaniyanın Baş naziri Pedro Sançesin gün ərzində keçirəcəyi mətbuat konfransında Donald Trampın açıqlamalarına münasibət bildirməsi gözlənilir.

ABŞ prezidenti deyib: "Artıq İspaniya ilə heç bir ticarət əlaqəsi istəmirik. İspaniya NATO qarşısındakı öhdəliklərini yerinə yetirmir, kifayət qədər maliyyə ödənişi etmir. Onlarla nə ticarət, nə də digər əlaqələrimizin olmasını istəyirəm".

Qeyd edək ki, Tramp bundan əvvəl - martın 3-də də İspaniyanı İrana qarşı həyata keçirilən əməliyyatlarda ABŞ ilə əməkdaşlıq etməməkdə ittiham etmiş və bu səbəbdən ölkə ilə ticarət əlaqələrinin dayandırılacağını bildirmişdi.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər