Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

First News Media09:52 - Bu gün
Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.

1news.az report-a istinadən xəbər verir ki, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər