ABŞ-nin İrana mümkün zərbəsi ilə bağlı İsraildə təhlükəsizlik iclası keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

ABŞ-nin İrana mümkün zərbəsi ilə bağlı İsraildə təhlükəsizlik iclası keçiriləcək

Oksana Orucova10:27 - Bu gün
ABŞ-nin İrana mümkün zərbəsi ilə bağlı İsraildə təhlükəsizlik iclası keçiriləcək

ABŞ-nin İrana mümkün hərbi zərbə endirəcəyi ilə bağlı açıqlamalar fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katsın yüksək səviyyəli təhlükəsizlik iclası keçirəcəyi bildirilib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, ABŞ Prezidenti Donald Trampın İranın bu axşam hədəfə alına biləcəyinə dair bəyanatından sonra Netanyahu və Kats əvvəlcədən nəzərdə tutulan proqramlarını ləğv edərək siyasi və hərbi rəhbərliklə təcili müşavirə keçirmək qərarına gəliblər.

Məlumata əsasən, iclasda ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarının regional təhlükəsizliyə təsiri müzakirə olunacaq.

Bununla yanaşı, adı açıqlanmayan israilli rəsmi bildirib ki, Təl-Əviv mümkün gərginliyin artması ehtimalına qarşı hazırlıq görür. Bununla belə, hazırkı mərhələdə genişmiqyaslı müharibənin başlanacağı gözlənilmir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp NATO Dövlət və Hökumət Başçılarının Zirvə toplantısından sonra jurnalistlərə açıqlamasında İranın bu axşam sərt zərbəyə məruz qala biləcəyini bildirmişdi.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər