Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub

Qafar Ağayev09:57 - Bu gün
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Şimali Makedoniyanın Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, təmsilçimiz finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub.

Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U-20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi olub.

Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər