Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir

Qafar Ağayev10:36 - Bu gün
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.

1news.az xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda "Müştərək qərargahın idarəedilməsi", həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.

General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları təqdim edib.

Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.

Sonda xatirə fotosu çəkdirilib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər