İngiltərədə anomal istilər iki ayda 2 700-dən çox insanın ölümünə səbəb oldu
İngiltərə və Uelsdə may və iyun aylarında müşahidə olunan anomal isti hava nəticəsində 2 700-dən çox insanın həyatını itirdiyi bildirilib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Dünya Hava Hadisələrinin Atribusiyası (WWA) tərəfindən aparılan araşdırmaya əsasən, may ayında 35,1 dərəcəyədək yüksələn temperaturla əlaqədar 550, iyunun ikinci yarısındakı isti hava dalğası zamanı isə təxminən 2 200 ölüm qeydə alınıb.
Həmin dövrdə Met Office əhalini sağlamlıq riskləri ilə bağlı dəfələrlə qırmızı xəbərdarlıq edib.
Qeyd olunub ki, 2026-cı ilin iyun ayı Böyük Britaniyada müşahidələr tarixinin ən isti iyun ayı olub. Araşdırmada həmçinin bildirilir ki, iyun ayında Qərbi Avropada anomal istilərlə əlaqədar Almaniyada təxminən 5 500, Fransada 2 000, Belçikada isə 1 200 nəfər həyatını itirib.












