Kubada qaranlığa qərq oldu: Sakinlər damlarda yatır, günlərlə susuz qalırlar
1news.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, paytaxt Havanada bir çox sakin boğucu istidən qorunmaq üçün gecələri binaların damlarında yatmağa məcbur qalır.
Elektrik enerjisinin kəsilməsi su təchizatına da ciddi təsir göstərib. Köhnə yaşayış binalarında su çənlərini dolduran nasoslar elektriklə işlədiyindən çoxsaylı ailələr günlərlə susuz qalır.
51 yaşlı Havana sakini Yunaisi Durruti bildirib ki, evindəki kranlardan artıq bir həftədir su gəlmir. Onun sözlərinə görə, elektrik enerjisi qısa müddətə bərpa olunsa da, şəhərin su təchizatı şəbəkəsində yaranan fasilələr səbəbindən su çənlərini doldurmaq əksər hallarda mümkün olmur.
Durruti deyib ki, çimmək, yemək bişirmək və paltar yumaq üçün elektrik kəsintilərinin daha az yaşandığı məhəllədə yaşayan qohumlarının evinə getməyə məcbur qalır. O, həmçinin ərzaqların xarab olmaması üçün evindəki soyuducunu boş saxladığını bildirib.















