"Party Rock Anthem"ın ifaçısı Lauren Bennettin öldüyü iddia olunur
2011-ci ildə LMFAO qrupu ilə ifa etdiyi "Party Rock Anthem" mahnısı ilə dünya şöhrəti qazanan britaniyalı müğənni Lauren Bennettin 37 yaşında vəfat etdiyi iddia olunur.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, ölüm xəbərini onun keçmiş qrupu yayıb. Ölümün səbəbi isə 2026-cı ilin oktyabrında aparılacaq məhkəmə-tibbi ekspertizasından sonra açıqlanacaq.
Qeyd edək ki, "Party Rock Anthem" mahnısı YouTube-da 2,5 milyarddan çox baxış toplayıb və Billboard Hot 100 siyahısında altı həftə zirvədə qalıb.
78












