Fransada kəskin İSTİLƏR: 72 vilayət üzrə narıncı xəbərdarlıq elan edildi | 1news.az | Xəbərlər
Dünya

Fransada kəskin İSTİLƏR: 72 vilayət üzrə narıncı xəbərdarlıq elan edildi

Oksana Orucova16:54 - Bu gün
Fransada kəskin İSTİLƏR: 72 vilayət üzrə narıncı xəbərdarlıq elan edildi

Fransada müşahidə olunan kəskin isti hava şəraiti ilə əlaqədar ölkənin 72 vilayətində narıncı səviyyəli meteoroloji xəbərdarlıq elan olunub.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Meteorologiya Xidmətinin (Météo-France) məlumatına görə, günün ikinci yarısında bəzi bölgələrdə havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Bildirilib ki, isti hava dalğasının həftəsonunadək davam edəcəyi gözlənilir. Səlahiyyətli qurumlar əhalini yüksək temperaturun yaratdığı riskləri nəzərə almağa və zəruri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıblar.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər