Ombudsmanın Çağrı Mərkəzinə yarım ildə ən çox bu qurumlarla bağlı müraciət daxil olub - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsmanın Çağrı Mərkəzinə yarım ildə ən çox bu qurumlarla bağlı müraciət daxil olub - SİYAHI

First News Media14:14 - Bu gün
Ombudsmanın Çağrı Mərkəzinə yarım ildə ən çox bu qurumlarla bağlı müraciət daxil olub - SİYAHI

2026-cı ilin ilk 6 ayı ərzində Ombudsmanın "916" Çağrı Mərkəzinə daxil olmuş müraciətlərə dair statistik göstəricilər açıqlanıb.

1news.az xəbər verir ki, bu dövrdə "916" Çağrı Mərkəzinə ən çox müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan qurumlarla bağlı olub. Həmin istiqamətdə 2308 zəng qeydə alınıb.

Statistikaya əsasən, sonrakı yerlərdə 1714 müraciətlə TƏBİB, 1431 müraciətlə ədliyyə orqanları, 984 müraciətlə Daxili işlər orqanları, 935 müraciətlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, 856 müraciətlə Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlar, 731 müraciətlə yerli icra hakimiyyəti orqanları, 572 müraciətlə Müdafiə Nazirliyi qərarlaşıb.

Bundan başqa, "Azərişıq" ASC ilə bağlı 404, Baş Prokurorluq üzrə 373, İqtisadiyyat Nazirliyi və tabeliyində olan qurumlar üzrə 351, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 334, "Azəriqaz" İB üzrə 330, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 326, məhkəmələr üzrə 288, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeliyində olan qurumlar üzrə 261, Mərkəzi Bank üzrə isə 250 müraciət qeydə alınıb.

Hesabata görə, bələdiyyələrlə bağlı 134, Dövlət Sərhəd Xidməti üzrə 121, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 100, Kənd Təsərrüfatı Nazirliyi üzrə 87, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 55, Dövlət İmtahan Mərkəzi üzrə 51, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi üzrə 40, "Azəristiliktəchizat" ASC üzrə 36, Dövlət Gömrük Komitəsi üzrə 34, Gənclər və İdman Nazirliyi üzrə 26, Mədəniyyət Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QSC üzrə hər biri 24, Dövlət Miqrasiya Xidməti üzrə 20, AZAL QSC üzrə 19, Dövlət Təhlükəsizliyi Xidməti üzrə isə 4 müraciət daxil olub.

Eyni zamanda, digər qurumlarla bağlı daxil olan müraciətlərin sayı 173 təşkil edib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər