Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb
Azərbaycanda 2026-cı ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində fəlsəfə doktoru elmi dərəcəsi 209 qadın, 86 kişi, elmlər doktoru dərəcəsi isə 20 qadın, 20 kişiyə verilib.
Humanitar sahələrdə (xüsusilə filologiya, pedaqogika) qadınların sayı çoxdur (8 qadın, 2 kişi).
Texnika elmləri və qismən iqtisad sahələrində kişilərin payı daha yüksəkdir (1 qadın, 4 kişi).
67












