HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib - VİDEO

Qafar Ağayev10:45 - Bu gün
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Təməl dalğıc kursu”nun buraxılış mərasimi keçirilib.  

1news.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Buraxılış mərasimində çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.

Qeyd edilib ki, kurs müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, sualtı texniki işlər, axtarış, batmış obyektin su üzərinə qaldırılması, gəmi altına baxış və digər praktiki dalğıc bacarıqlarını əldə ediblər.

Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər