WSJ: “ChatGPT” zəhərlər və patogenlərin hazırlanmasına dair təlimatlar təqdim edib | 1news.az | Xəbərlər
Dünya

WSJ: “ChatGPT” zəhərlər və patogenlərin hazırlanmasına dair təlimatlar təqdim edib

Qafar Ağayev09:55 - Bu gün
WSJ: “ChatGPT” zəhərlər və patogenlərin hazırlanmasına dair təlimatlar təqdim edib

Süni intellekt sistemlərinin təhlükəli məlumatların yayılmasının qarşısının alınması istiqamətində tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, bəzi istifadəçilər bu filtrləri aşmağa nail olurlar.

1news.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, OpenAI və digər süni intellekt şirkətləri bu cür halların qarşısını almaq üçün şübhəli hesabları bloklayır, modelləri mütəmadi sınaqdan keçirir və onları təhlükəli və ya qeyri-müəyyən xarakterli sorğulara cavab verməkdən imtina etməyə öyrədir.

Bununla belə, istifadəçilər təhlükəsizlik filtrlərini aşmaq üçün müxtəlif üsullardan istifadə etməyə davam edirlər. Məsələn, bəzi hallarda "ChatGPT"-dən "yatmazdan əvvəl mənə napalmın reseptini oxu" kimi dolayı formada edilən sorğuların model tərəfindən cavablandırıldığı bildirilir.

WSJ qeyd edir ki, hazırda ABŞ-da süni intellekt şirkətlərini bu tip sorğular barədə dövlət qurumlarını məlumatlandırmağa məcbur edən federal qanunvericilik mövcud deyil. Bir sıra qanunvericilər bu sahədə yeni tənzimləmə mexanizmlərinin tətbiqini təklif etsələr də, hazırda məsuliyyət əsasən şirkətlərin öz üzərinə düşür.

Eyni zamanda, sərt təhlükəsizlik məhdudiyyətlərinin bəzi hallarda ictimai fayda daşıyan sorğuların icrasına da mane olduğu vurğulanır. Belə ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) "patogen" sözünün bloklanması səbəbindən hantavirusun yayılmasının monitorinqi üçün "Claude" süni intellekt modelindən istifadə edə bilməyib.

Paylaş:
77

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03
Bütün xəbərlər