Qəzzada son 24 saatda İsrail hücumları nəticəsində 9 fələstinli həlak olub | 1news.az | Xəbərlər
Dünya

Qəzzada son 24 saatda İsrail hücumları nəticəsində 9 fələstinli həlak olub

Oksana Orucova09:31 - Bu gün
Qəzzada son 24 saatda İsrail hücumları nəticəsində 9 fələstinli həlak olub

Qəzza zolağında İsrailin son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 9 fələstinli həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, son bir sutkada İsrail ordusunun zərbələri nəticəsində daha 9 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

Bildirilib ki, həyatını itirən 9 nəfərdən 2-si əvvəlki hücumlarda yaralanmış və sonradan aldığı xəsarətlərdən vəfat etmiş şəxslərdir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, 2025-ci ilin oktyabrında əldə edilən atəşkəsdən sonra İsrail hücumları nəticəsində ölənlərin sayı 1200-ə, yaralananların sayı isə 3 888-ə çatıb. Həmin dövrdə dağıntılar altından 803 nəfərin cəsədi çıxarılıb.

Məlumata əsasən, İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağında başladığı hərbi əməliyyatlar zamanı həlak olanların ümumi sayı 73 326-ya, yaralananların sayı isə 173 997-yə yüksəlib.

Paylaş:
62

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03
Bütün xəbərlər