İrandan Azərbaycana 110 kq-dan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 110 kq-dan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb

First News Media09:14 - Bu gün
İrandan Azərbaycana 110 kq-dan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya "hazır qida məhsulları" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

1news.az report-a istinadən xəbər verir ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.

Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər