Buzovnada bir nəfər dənizdə batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovnada bir nəfər dənizdə batıb

First News Media09:10 - Bu gün
Buzovnada bir nəfər dənizdə batıb

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyiti aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
60

Son xəbərlər

Azərbaycanda zəlzələ olub

10 / 08 / 2026, 16:30
Bütün xəbərlər