İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto

First News Media17:30 - Bu gün
İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto

İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb. 

Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığı bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

Qonşular İbadovanın Fərhad adlı bir şəxslə eyni evdə yaşadığını bildiriblər. Məhəllə sakinlərinin iddiasına görə, Fərhad adlı həmin şəxs əraziyə polis əməkdaşları gəlməmişdən bir qədər əvvəl evi tərk edib. Həmin şəxsin saxlanılması istiqamətində əməliyyat aparılır.
 
 

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər