İmişlidə qəsdən yanğın törədən şəxs müəyyən edildi
İmişli rayonunun Cəfərli kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
1news.az "Report"a istinadən xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini T.Ələsgərli tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
67












