Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

First News Media09:44 - Bu gün
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

Bu barədə 1news.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Masallı rayon sakini C.Ağayev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub.

Müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə C.Ağayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
52

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

15 / 08 / 2026, 17:59
Bütün xəbərlər