İldırım vurması nəticəsində şəhid olan mayor və əsgər də təltif edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İldırım vurması nəticəsində şəhid olan mayor və əsgər də təltif edildi - FOTO

First News Media14:35 - Bu gün
İldırım vurması nəticəsində şəhid olan mayor və əsgər də təltif edildi - FOTO

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər.

1news.az “Qafqazinfo”ya istinadən xatırladır ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilənlər arasında mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu da var.

Hər iki şəxs 2024-cü il 9 iyul tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olublar.

Fotoda mayor Baxış Baxışlı
Fotoda əsgər Əli Nağıyev
Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər