Azərbaycanın yeni 100 manatlığı dünya mediasının diqqətində | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın yeni 100 manatlığı dünya mediasının diqqətində

First News Media12:22 - Bu gün
Azərbaycanın yeni 100 manatlığı dünya mediasının diqqətində

Nağd pul və valyuta sahəsinin nüfuzlu nəşrlərindən hesab edilən “Currency News” jurnalının iyul sayında Azərbaycanın yenilənmiş 100 manatlıq pul nişanına həsr olunan məqalə dərc edilib.

1news.az xəbər verir ki, “Azərbaycanın yenilənmiş 100 manatı: iqtisadiyyat və inkişafın milli ifadəsi” sərlövhəli məqalədə yeni pul nişanının dizaynı, konsepsiyası və müasir mühafizə elementləri barədə ətraflı məlumat verilib.

Nəşr qeyd edir ki, “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində hazırlanan 100 manatlıq pul nişanının əsas mövzusu “İqtisadiyyat və inkişaf”dır. Kağız pul nişanının bədii tərtibatında Azərbaycanın iqtisadi inkişafı, texnoloji tərəqqisi, qlobal iqtisadiyyata inteqrasiyası əks etdirilib.

Məqalədə yenilənmiş 100 manatlıq pul nişanında qabaqcıl mühafizə texnologiyalarının tətbiqinə də xüsusi diqqət ayrılıb. Bildirilir ki, yeni dizaynda saxtalaşdırmaya qarşı mühafizənin gücləndirilməsi məqsədilə müasir təhlükəsizlik elementlərindən istifadə olunub.

Mərkəzi Bankın Baş direktoru Rəşad Məmmədov “Currency News”a açıqlamasında milli valyutanın davamlı təkmilləşdirilməsinə xüsusi önəm verildiyini bildirib.

“Qabaqcıl mühafizə texnologiyaları və müasir dizayn həllərinin tətbiqi ilə yenilənmiş 100 manatlıq milli pul nişanlarının müasir vizual kimliyinin gücləndirilməsinə sadiqliyimizi əks etdirir”, – deyə Rəşad Məmmədov qeyd edib.

Xatırladaq ki, yeni dizayna və beynəlxalq təcrübədə mövcud olan ən son mühafizə elementlərinə malik 100 manatlıq kağız pul nişanının yenilənmiş versiyası 15 iyul 2026-cı il tarixindən etibarən tədavülə buraxılıb. Yenilənmiş 100 manatın üzərində Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası əks olunur.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər