Hacıqabulda dəhşət: 19 yaşlı qız avtomobildə qətlə yetirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda dəhşət: 19 yaşlı qız avtomobildə qətlə yetirildi

First News Media16:22 - Bu gün
Hacıqabulda dəhşət: 19 yaşlı qız avtomobildə qətlə yetirildi

Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs qismində qardaşı saxlanılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hacıqabul şəhər sakini, 2007-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Qadının qətlində şübhəli şəxs qismində qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər