Ermənistana Rusiyadan Azərbaycandan keçməklə 39 vaqon buğda göndəriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistana Rusiyadan Azərbaycandan keçməklə 39 vaqon buğda göndəriləcək

First News Media08:58 - Bu gün
Ermənistana Rusiyadan Azərbaycandan keçməklə 39 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

1news.az "Report"a istinadən xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər