Astarada 36 yaşlı kişi dənizdə batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada 36 yaşlı kişi dənizdə batıb

First News Media09:30 - Bu gün
Astarada 36 yaşlı kişi dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

1news.az xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər