İsmayıllıda ağır qəza: Biri körpə olmaqla 2 nəfər ölüb
Bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az "Report"a istinadən xəbər verir ki, “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində ölən şəxslərin 60 yaşlı Elina Məmmədova və 1 yaşlı körpə olması müəyyənləşib.
Qəza zamanı Türkanə Sadıqova (29 yaş), İlahə İsmayılova (25 yaş), Məmməd Məmmədov (25 yaş), Faiq İsmayılov (25 yaş) və Zahid Nuriyev (25 yaş) xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


52












