ABŞ BMT-yə olan 5 milyard dollardan çox borcunun bir hissəsini ödəməyi planlaşdırır | 1news.az | Xəbərlər
Dünya

ABŞ BMT-yə olan 5 milyard dollardan çox borcunun bir hissəsini ödəməyi planlaşdırır

First News Media18:00 - Bu gün
ABŞ BMT-yə olan 5 milyard dollardan çox borcunun bir hissəsini ödəməyi planlaşdırır

ABŞ BMT-yə üzvlük haqları üzrə 850 milyon dollar ödəməyi planlaşdırır.

1news.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə göndərilən və “Associated Press” (AP) tərəfindən əldə edilən bildirişlərdə qeyd olunub.

ABŞ Dövlət Departamenti vəsaitin 725 milyon dollarını BMT-nin ümumi büdcəsinə, 125 milyon dollarını isə Haiti və Konqo Demokratik Respublikasındakı BMT sülhməramlı əməliyyatlarına yönəltməyi planlaşdırır.

BMT-nin məlumatına görə, ABŞ-nin təşkilata üzvlüyü ilə bağlı təxminən 5 milyard dollar borcu var. Bunun 2 milyard dollardan çoxu ümumi büdcəyə, 3 milyard dolları isə sülhməramlı əməliyyatlara olan borcdur.

ABŞ-nin BMT yanındakı nümayəndəliyi məsələ ilə bağlı şərh tələbinə dərhal cavab verməyib.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər