“Formula 1”ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək? – Valideynlərdən İDDİA | 1news.az | Xəbərlər
Mövqe

“Formula 1”ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək? – Valideynlərdən İDDİA

16:50 - Bu gün
“Formula 1”ə görə bəzi məktəblərdə dərslər onlayn keçiriləcək? – Valideynlərdən İDDİA

Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalıb.

Lakin Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisi ilə əlaqədar 15 sentyabrdan bəzi məktəblərdə tədris prosesinin onlayn formada təşkil olunacağı bildirilir.

1news.az-ın bəzi valideynlərdən əldə etdiyi məlumata görə, Formula 1” yarışlarının keçirildiyi ərazilərinin yaxınlığında yerləşən məktəblərdə yarış günlərində şagirdlərin dərsləri onlayn keçiriləcək.

Valideynlər bildirirlər ki, söhbət 6, 132, 133, 134, 1, 7, 8 və 160 nömrəli məktəblərdən gedir. Onların sözlərinə görə, yarışla əlaqədar həmin təhsil müəssisələrindən onlara verilən məlumata görə, dərslərin onlayn formata keçirilməsi nəzərdə tutulur.

Hazırda sözügedən məktəblərdə dərslərin onlayn keçirilməsi ilə bağlı məlumatın rəsmi təsdiqi yoxdur.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlamışıq, cavab olduğu təqdirdə xəbər yenilənəcək.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 Bakı şəhər halqasında 24–26 sentyabr tarixlərində keçiriləcək.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər