ABŞ-də 200 minədək əcnəbinin vizası ləğv edilə bilər - SƏBƏB | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də 200 minədək əcnəbinin vizası ləğv edilə bilər - SƏBƏB

Oksana Orucova09:35 - Bu gün
ABŞ-də 200 minədək əcnəbinin vizası ləğv edilə bilər - SƏBƏB

ABŞ administrasiyasının 2016–2026-cı illər arasında verilmiş bəzi B1 və B2 vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir.

1news.az Associated Press-ə (AP) istinadən xəbər verir ki, Söhbət ABŞ-də sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq prosesində olan təxminən 200 min əcnəbidən gedir.

Vizaların ləğvi həmin şəxslərin dərhal deportasiya ediləcəyi anlamına gəlmir. Lakin onların iş və turizm məqsədli viza statuslarını itirəcəkləri gözlənilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, qurum Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə sığınacaq üçün müraciət edən B1 və B2 vizası sahiblərini müəyyənləşdirir və vizaları mərhələli şəkildə ləğv edir.

Məlumata görə, son 18 ayda ABŞ müxtəlif səbəblərlə, o cümlədən cinayət ittihamları və ABŞ siyasətinə qarşı açıq çıxışlara görə 175 minədək şəxsin vizasını ləğv edib.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər