Yevlaxda ağır qəza: 72 yaşlı motosiklet sürücüsü öldü
Yevlaxda ağır yol qəzası baş verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 23-ü saat 11 radələrində qeydə alınıb.
2005-ci il təvəllüdlü Nazim İsayev “VAZ 2106” markalı avtomobillə Yevlax şəhəri Füzuli küçəsi ilə hərəkətdə olarkən 1954-cü il təvəllüdlü Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.
Nəticədə, M.Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-yə daxil olub. O, bir gün sonra vəfat edib.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanaraq istintaqı aparılır.
51












