Prezident və birinci xanım Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Xalq artisti, bəstəkar Tofiq Bakıxanovla vida mərasimi keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində baş tutub.
Mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Xalq artisti Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.




46












