Azərbaycanlıların xaricə səfərləri azalıb – Ən çox hansı ölkəyə gedilib? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlıların xaricə səfərləri azalıb – Ən çox hansı ölkəyə gedilib?

First News Media15:31 - Bu gün
Azərbaycanlıların xaricə səfərləri azalıb – Ən çox hansı ölkəyə gedilib?

2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1 milyon 160,1 min nəfər olub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 42,7 faizi Türkiyəyə gedib. Türkiyəyə səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artıb.

Vətəndaşlarımızın 15,9 faizi Rusiya Federasiyasına, 12,4 faizi Gürcüstana, 5,8 faizi İrana, 23,2 faizi isə digər ölkələrə səfər edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya gedənlərin sayı 1,3 faiz, İrana gedənlərin sayı 36,3 faiz, digər ölkələrə gedənlərin sayı isə 4,1 faiz azalıb. Gürcüstana gedənlərin sayı isə 8 faiz artıb.

Xaricə gedən Azərbaycan vətəndaşlarının 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib.

Səfərlərin 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edilməklə həyata keçirilib.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər