Koçaryanın ailəsi ilə əlaqəli evlərdə axtarış aparıldı
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ailəsi ilə əlaqəli 17 ünvan və evdə axtarışlar aparılıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
Xatırladaq ki, bu gün Ermənistanın digər sabiq prezidenti Robert Koçaryan və böyük oğlu Sedrak saxlanılıb. Ermənistan Baş Prokurorluğu R.Koçaryan barəsində səlahiyyətlərdən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə cinayət işi başladıb. İş üzrə ümumilikdə 9 nəfər təqsirləndirilir.
45












