Südü yerə töküb etiraz edən fermer yeni video çəkdi - nazirlikdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Südü yerə töküb etiraz edən fermer yeni video çəkdi - nazirlikdən AÇIQLAMA

First News Media17:15 - Bu gün
Südü yerə töküb etiraz edən fermer yeni video çəkdi - nazirlikdən AÇIQLAMA

Azərbaycanda fermer ona məxsus südün litrinin 15 qəpiyə alındığını iddia edərək qiymətə etiraz edib.

1news.az fermer südün bu qiymətə alınmasının çəkilən xərcləri qarşılamadığını bildirib.

“15 qəpiyə alınan südə maya əlavə edib 5 manata satırlar. Belə olmaz axı. Mən qapı-qapı süd satmalıyam? Dünyanın harasında 15 qəpiyə süd var?” - fermer bildirib.

O, çəkilən xərcləri qarşılamaq üçün südün 3 litrinin 45 qəpiyə yox, ən azı 1 manata alınmasını təklif edib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, fermer bununla bağlı daha bir video çəkərək paylaşıb və məsələ artıq razılaşdırılıb.

Onun sözlərinə görə, dövlət tərəfindən fermerə dəstək göstərilməsi nəzərdə tutulur.

Ramin Qurban qeyd edib ki, nazirlik iyun ayında da südə dövlət dəstəyi ilə bağlı açıqlama verib:

“Subsidiya Şurasının iclası keçiriləcək və həmin iclasda fermerlərə hansı həcmdə dəstək veriləcəyi ilə bağlı dəqiq qərar qəbul olunacaq”.

Qeyd edək ki, fermer yaydığı növbəti videoda dəstəyə görə hər kəsə, o cümlədən rəsmi qurumlara təşəkkür edib.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər