Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

First News Media17:56 - Bu gün
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

TƏBİB tabeli tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və növbələrin daha səmərəli idarə olunması məqsədilə onlayn növbə sisteminin tətbiqi mərhələli şəkildə davam etdirilir.

Qurumdan 1news.az-a verilən məlumata görə, bu çərçivədə Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb.

Hazırda sistem üzərindən 11 ixtisas üzrə həkim (pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt) qəbuluna onlayn növbə götürmək mümkündür.

Vətəndaşların onlayn növbə sistemindən rahat istifadəsinin təmin edilməsi məqsədilə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər fəaliyyət göstərir. Onlar vətəndaşların qarşılanması və sistemdən istifadə ilə bağlı istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər.

Onlayn növbə sisteminin tətbiqi pasiyent axınının daha səmərəli idarə olunmasına, gözləmə müddətinin azaldılmasına, həkimlərin iş yükünün optimallaşdırılmasına və tibbi xidmətlərə müraciət prosesinin daha rahat təşkilinə yönəlir.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər