Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

1news Redaksiyası12:44 - 26 / 08 / 2026
Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq.

1news.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.

Qeyd edək ki, indiyə qədər analoji qayda 5 və 6-cı siniflərə aid idi.

Paylaş:
200

Son xəbərlər

Bütün xəbərlər