Ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən minlərlə qəlyan tütünü aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən minlərlə qəlyan tütünü aşkar edilib

1news Redaksiyası15:18 - 26 / 08 / 2026
Ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən minlərlə qəlyan tütünü aşkar edilib

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən anbarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan, ümumilikdə 4263 ədəd qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər