Azad edilmiş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələr arasında 67 məscid var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələr arasında 67 məscid var

First News Media10:30 - Bu gün
Azad edilmiş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələr arasında 67 məscid var

İşğaldan azad olunmuş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, işğal dövründə 67 məsciddən 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.

Komitədən həmçinin bildirilib ki, ərazilərin işğaldan azad edilməsindən keçən dövr ərzində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən tarixi-dini irsin bərpası istiqamətində genişmiqyaslı layihələr icra olunub.

Bu çərçivədə Şuşa şəhərindəki "Yuxarı Gövhər Ağa", "Aşağı Gövhər Ağa", "Saatlı", "Mamayı", "Çöl Qala", "Daşaltı", eləcə də Ağdamdakı "Cümə" və "Qiyaslı" məscidləri ilkin tarixi-memarlıq üslubuna uyğun bərpa edilib:

"Qarabağ və Şərqi Zəngəzurda davam etdirilən geniş quruculuq işləri çərçivəsində yeni - Zəngilan şəhər, Xocavənd rayonu Hadrut qəsəbə və Ağdərə rayonu Suqovuşan kənd məscidləri inşa edilərək istifadəyə verilib. Həmçinin Şuşa şəhərində yerləşən "Qazançı" kilsəsində ilkin orijinal görünüşə uyğun rekonstruksiya və bərpa işləri həyata keçirilib. Hazırda Şuşa, Cəbrayıl və Füzuli şəhərlərində yeni məscidlərin tikintisi davam etdirilir".

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər