Azərbaycan Almaniyadan mal-qara tədarükünü 29 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycan 19,3 milyon ABŞ dolları dəyərində 4 min 567 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.
1news.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 44 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 5,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 dəfə çox) 1 min 171 ədəd (+29 dəfə), Estoniyadan 3,1 milyon ABŞ dolları dəyərində (-11 %) 693 ədəd (-16 %), Danimarkadan 2,8 milyon ABŞ dolları dəyərində (+23 %) 730 ədəd (+27 %), Slovakiyadan 2,7 milyon ABŞ dolları dəyərində 689 ədəd (1 il əvvəl tədarük olmayıb), Avstriyadan 2,4 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 523 ədəd (+2,7 dəfə) mal-qara alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 8 min 983 ədəd mal-qaranın 40 %-i Uruqvayın, 20,5 %-i Çexiyanın payına düşüb.












