Kolumbiyada 5,3 maqnitudalı zəlzələ baş verib
Kolumbiyanın şimalında 5,3 maqnitudalı zəlzələ baş verib.
1news.az xəbər verir ki, bu barədə "GFZ" məlumat yayıb.
Məlumata görə, zəlzələ Qrinviç vaxtı ilə saat 16:45-də qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkanların ocağı 150 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri ilkin olaraq 6,70 dərəcə şimal enliyi və 73,09 dərəcə qərb uzunluğunda müəyyən edilib.
50












