Nepalda sel qurbanlarının sayı 469-a çatdı | 1news.az | Xəbərlər
Dünya

Nepalda sel qurbanlarının sayı 469-a çatdı

Oksana Orucova10:25 - 28 / 08 / 2026
Nepalda sel qurbanlarının sayı 469-a çatdı

Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsində və ətraf ərazilərdə baş verən sel nəticəsində həyatını itirənlərin sayı 469-a yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Nepal polisi bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Sel nəticəsində onlarla körpünün dağıldığı, yolların zədələndiyi və xilasetmə işlərinə helikopterlərin cəlb olunduğu qeyd edilib.

Məlumata görə, aralarında xarici vətəndaşların da olduğu 1300-dən çox şəxs itkin düşüb.

Mütəxəssislər selin bölgədə dağlıq ərazidən qopan buzlaq parçalarının yaratdığı uçqun nəticəsində baş verdiyini bildiriblər. ABŞ Geoloji Araşdırmalar Mərkəzi isə əvvəlcə zəlzələ kimi qeydə alınan 5,2 bal gücündə seysmik hərəkətin mənbəyinin buzlağın çökməsi olduğunu açıqlayıb.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər