İranda terror qrupuna əməliyyat: 6 ölü
İran təhlükəsizlik qüvvələri paytaxt Tehran yaxınlığında aksiya hazırlığında olduğu iddia edilən terror qrupuna qarşı əməliyyat keçirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatın Tehran yaxınlığındakı Manjilabad bölgəsində həyata keçirildiyi bildirilir. İran təhlükəsizlik qüvvələrinin keçirdiyi basqın zamanı 6 terrorçunun öldürüldüyü açıqlanıb.
İran mətbuatının məlumatına görə, əməliyyat zamanı partlayıcı maddələr də ələ keçirilib. Bölgədə təhlükəsizlik qüvvələrinin “təmizləmə əməliyyatlarını” davam etdirdiyi bildirilib.
İran hakimiyyəti ABŞ və İsraili ölkə daxilindəki müxalif qrupları silahlandırmaq və maliyyələşdirməklə ölkədə gərginliyi və iğtişaşları artırmaqda ittiham edir.
83











