Nigar Fərhad sərbəst buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigar Fərhad sərbəst buraxıldı

First News Media14:02 - Bu gün
Nigar Fərhad sərbəst buraxıldı

Çoxsaylı şikayətlər əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.

Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. 

Digər yeni məlumat ondan ibarətdir ki, “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.

Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər