Qubada vəfat edən tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada vəfat edən tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma başlayıb

First News Media14:50 - Bu gün
Qubada vəfat edən tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma başlayıb

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Ziya Muradov avqustun 1-i Qubada istirahət zamanı qəfil vəfat edib. İddialara görə, hadisə baş verən gün həmin ərazidə ondan başqa 17 nəfər də olub. Ailə üzvləri meyitin üzərində zədə izi gördüyünü qeyd ediblər.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər