Xədicə cəmi 11 aylıqdır, amma ağır xəstəliklə mübarizə aparır - YARDIM ÇAĞIRIŞI
11 aylıq Xədicə Əhmədova leykoz xəstəliyindən əziyyət çəkir və onun müalicəsi üçün ailənin maddi dəstəyə ehtiyacı var.
1news.az-a müraciət edən Xədicənin anası Ləman Əhmədovanın sözlərinə görə, uşağın səhhətində problem avqust ayında qızdırma, ishal, halsızlıq və rənginin solğunlaşması ilə özünü göstərib. Aparılan qan analizlərindən sonra göstəricilərin kəskin aşağı olduğu müəyyən edilib və Xədicə Liv Bona Dea Hospitalına yerləşdirilib.
Müayinələr və sümük iliyindən götürülən biopsiyanın nəticələrinə əsasən uşağa leykoz diaqnozu qoyulub. Hazırda ilkin müalicə və qan köçürülməsi həyata keçirilir.
Ananın sözlərinə görə, Xədicənin iki illik müalicəsi üçün təxminən 85 min manat vəsait tələb olunur. Ailə bu məbləği təkbaşına qarşılamaq imkanında deyil. Hazırda ilkin müalicə xərcləri qohumların və yaxınların köməyi ilə ödənilir.
Xədicə ailənin dördüncü övladıdır. Ailə onun müalicəsinin davam etdirilməsi üçün xeyirxah insanlardan dəstək istəyir.
Yardım etmək istəyən şəxslər Xədicənin ailəsi ilə əlaqə saxlayaraq maddi dəstək göstərə bilərlər.
Kart: 5583 9021 3115 9163 (ABB)
Əlaqə: Anası Ləman Əhmədova (050) 533-55-35
Atası Tural Əhmədov (050) 222-11-19


















