Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib

First News Media13:45 - Bu gün
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Paytaxtın və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar 21 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-a bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyət səbəbindən 20 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub.

Söhbət 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli marşrutlardan gedir.

Qeyd olunub ki, həmin marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək.

Bundan başqa, Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad–Pirşağı yolu) tətbiq olunan məhdudiyyətlə əlaqədar 179 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Avtobuslar 1 həftə ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər