Psixoloqun azyaşlıya vurmasının görüntüsü yayıldı: Oksana Rəsulova polisə müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Psixoloqun azyaşlıya vurmasının görüntüsü yayıldı: Oksana Rəsulova polisə müraciət etdi

First News Media10:54 - Bu gün
Psixoloqun azyaşlıya vurmasının görüntüsü yayıldı: Oksana Rəsulova polisə müraciət etdi

Aktrisa Oksana Rəsulova sosial şəbəkələrdə psixoloq Ceyran Muradovanın iştirakı ilə yayılan görüntülərlə bağlı polisə müraciət edib.

O.Rəsulova psixoloqun azyaşlı uşağa fiziki güc tətbiq etdiyi iddia olunan görüntüləri paylaşaraq hüquq-mühafizə orqanlarını hadisəni araşdırmağa çağırıb.

Kadrlarda psixoloq Ceyran Muradovanın azyaşlı uşağın üz nahiyəsinə zərbə endirdiyi əks olunub. Məlumata görə, uşağın autizm spektr pozuntusu var.

Mövcud məlumata əsasən, görüntülər Ceyran Muradova tərəfindən uşağın anasına montaj və ya redaktə edilmədən göndərilib. Bildirilir ki, video valideynə prosedur zamanı uşaqla işin necə aparıldığını göstərmək məqsədilə çəkilib.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra məsələ geniş müzakirələrə səbəb olub.

Qeyd olunur ki, Ceyran Muradova “Neopsy Clinic” klinikasında psixoloq kimi çalışır və mənbənin məlumatına görə, klinikanın rəhbəridir.

1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır.

Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by 1news.aze (@1news.aze)

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər