İrandan AÇIQLAMA: ABŞ PUA-sı vuruldu
İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, PUA hava hücumundan müdafiə sisteminin raketi ilə vurulub və Fars körfəzinə düşüb.
Bundan başqa, Hörmüz boğazının cənubundan keçən super tanker iki dəniz minasına toxunaraq alovlanıb. İran təhlükəsizlik qaydalarını pozan digər gəmilərin də eyni aqibətlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
41












