Bu qəsəbədə küçədə hamı xalatla gəzir | 1news.az | Xəbərlər
Dünya

Bu qəsəbədə küçədə hamı xalatla gəzir

Oksana Orucova10:54 - Bu gün
Bu qəsəbədə küçədə hamı xalatla gəzir

İsveçin cənubundakı Torekov sahil qəsəbəsi qeyri-adi ənənəsi ilə diqqət çəkir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, burada sakinləri küçədə, kafedə, marketdə, hətta velosiped sürərkən xalatda görmək adi haldır.

Təxminən 1 000 nəfərin yaşadığı qəsəbədə bu ənənə səhər saatlarında dənizə girmək vərdişindən yaranıb. Sakinlər Morqonbriqqan körpüsündə dənizə girdikdən sonra gündəlik geyimlərini geyinmək əvəzinə xalatlarını üzərlərinə keçirərək işlərini davam etdirirlər.

Xalatla alış-veriş etmək, kafedə oturmaq və hətta it gəzdirmək Torekovda artıq gündəlik həyatın bir hissəsinə çevrilib.

Qəsəbədə xalatlar müxtəlif rəng və naxışlarda olur, şapka və rahat ayaqqabılarla tamamlanaraq özünəməxsus küçə dəbinə çevrilib. Bu qeyri-adi həyat tərzi Torekovu turistlər üçün də maraqlı məkana çevirib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər